EN

“TikTok” ABŞ-yə qayıtdı

ABŞ-də ötən ay qadağan olunan “TikTok” dünən yenidən “Apple” və “Google”-un tətbiq mağazalarında əlçatan olub. 

"Cebheinfo.az" "Politico"-ya istinadən xəbər verir ki, “Apple” Floridanın baş prokuroru Pem Bondinin şirkətə göndərdiyi məktubdan sonra tətbiqi bərpa edib. 

Məktubda “Apple”-ın “TikTok”-u yenidən yayımladığına görə heç bir cərimə və ya hüquqi məsuliyyətlə üzləşməyəcəyi bildirilib. 

“Google”-un nümayəndəsi isə tətbiqin niyə geri qaytarıldığı barədə açıqlama verməyib. Xatlrladaq ki, “Apple” və “Google” yanvarın 19-da ABŞ-də “TikTok”-un qadağan edilməsindən sonra tətbiqi mağazalarından çıxarmışdı. 

Hətta Prezident Donald Tramp qadağanın 75 gün müddətində tətbiq edilməyəcəyini elan etsə belə, tətbiq yenidən yüklənə bilmirdi. “TikTok” tamamilə əlçatan olsa da, qısa müddət ərzində xidmətində fasilə yaranmışdı. 

Bununla belə, tətbiqin serverləri "Oracle" və "Akamai Technologies" tərəfindən dəstəklənməkdə davam edirdi. Donald Tramp “TikTo”k-un Çinin “ByteDance” şirkətindən alınması ilə bağlı danışıqların hələ də davam etdiyini bildirib. 

O, son həftələrdə ABŞ hökumətinin yeni yaradılacaq suveren investisiya fondu vasitəsilə “TikTok”-a sahib olması və ya “ByteDance” ilə ortaq müəssisə yaradılması kimi ideyalar səsləndirib. ABŞ Ədliyyə Nazirliyi və “TikTok” hələlik məsələyə münasibət bildirməyib. 

Chosen
22
cebheinfo.az

1Sources