EN

Azərbaycan daim “Vahid Çin” prinsipini birmənalı olaraq dəstəkləyir- ÖZƏL

"Azərbaycan daim "Vahid Çin" prinsipini birmənalı olaraq dəstəkləyir. Azərbaycan Tayvanda keçirilmiş qondarma seçkiləri pisləyən və onları tanımadığını ilk bəyan edən ölkələrdən biri olub.  Eyni zamanda, Çin Xalq Respublikası da hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Sevinc Fətəliyeva deyib:

"Bütün bu məqamlar, o cümlədən Azərbaycanla Çinin beynəlxalq tərəfdaşlığı, iqtisadi əlaqələr, eləcə də beynəlxalq müstəvidə bu ölkənin oynadığı önəmli rol dövlətimizin başçısının müsahibəsində xüsusi vurğulanıb. Əminliklə söyləmək olar ki, ölkələrimiz arasında əməkdaşlıq bütün sahələrdə daha da dərinləşəcək, qarşılıqlı təmaslar və dialoq daha da intensivləşəcək, ikitərəfli münasibətlər yeni məzmun və keyfiyyət qazanacaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
2
olaylar.az

1Sources