EN

“Boş yerə pul vermişəm” – Paşinyan

Ermənistanın baş naziri Nikol Paşinyan avtobus sərgüzəştlərindən danışıb.

Tribunainfo.az xəbər verir ki, son günlər işə avtobusla gedib-gələn Paşinyan ictimai nəqliyyatdan istifadənin pulsuz olduğunu öyrənib.

“Dünən oxudum ki, dörd uşağı olanlar ictimai nəqliyyatdan pulsuz istifadə edə bilərmiş. Bələdiyyə bu barədə qərar qəbul edib. Boş yerə pul vermişəm”, – deyə erməni baş nazir qeyd edib.

Paşinyan zarafat edib ki, dörd uşaq atası kimi müraciət edib vəsiqə alacaq.  (“Unikal”)

Chosen
22
2
tribunainfo.az

3Sources