1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
"Neftçi" yeni transferi Bassala Sambunun keçidi üçün "Enosis Neon Paralimni"yə (Kipr) təzminat ödəyəcək.
Oxu.Az xəbər verir ki, futbolçu üçün ödənəcək təzminatın məbləği müəyyənləşib.
Kipr mediasında yayılan xəbərlərə görə, Azərbaycan təmsilçisi "Enosis Neon Paralimni" klubuna 100 min avro ödəniş edəcək.
Qeyd edək ki, 27 yaşlı hücumçu "Neftçi" ilə 1.5 illik müqavilə imzalayıb.