EN

"Kupçasız" evlər məsələsi yenidən Milli Məclisdə: "Sənədləşdirmə işləri..."

Bakıda yarım milyon sənədsiz ev var.

 

Sfera.az xəbər verir ki, bu sözləri Milli Məclisin bugünkü plenar iclasında deputat Kamran Bayramov deyib.


“Bunun bir sıra obyektiv səbəbləri var. Əgər qeyri-rəsmi rəqəmlərə inansaq, ümumilikdə 1 milyon sənədsiz ev var. Bu, bələdiyyələrin 1 milyon evdən gəlir götürə bilməməsi deməkdir ki, bu da ciddi rəqəmdir. Sənədləşdirmə işləri sürətlə aparılarsa, həm mənzil bazarı canlanacaq, həm də bələdiyyələr üçün sərfəli olacaq.

 

Eləcə də ev sahibləri fayda götürəcək. Belə ki, onlar sənədsiz evlərə sərəncam verə bilmirlər, alqı-satqıya yönəldə bilmirlər. Cənab Prezidentin sərəncamına uyğun olaraq, sənədləşmə işləri aparılarsa, həm dövlətimiz, həm də vətəndaşlarımız xeyir götürəcək”, - millət vəkili bildirib.

 

Firuzə Əliyeva
 

Chosen
23
1
sfera.az

4Sources