EN

Okan Burukdan təəccüblü sözlər: "Kim baxır buna?"

style='margin-bottom:10px;'>

"Qalatasaray"ın baş məşqçisi Okan Buruk Avropa Liqasının pley-off mərhələsində "AZ Alkmaar"a 1:4 hesabı ilə uduzduqları oyundan sonra təəccüblü sözləri ilə diqqət çəkib.

QOL.az xəbər verir ki, mütəxəssis görüşdən sonra mətbuat konfransı başlamazdan əvvəl zaldakı jurnalistlərin hamısının akkreditasiyadan keçib-keçmədiyini soruşub. O deyib: "Daha əvvəl də burada olmuşdu. Hər kəs akkreditasiyadan keçibmi? Kim baxır buna?"

Zaldakı səlahiyyətli şəxs isə Okan Buruka belə cavab verib: "Bəli, buradakı hər kəs akkreditasiyadan keçib".

Qeyd edək ki, "Qalatasaray"la "AZ Alkmaar" arasında cavab matçı fevralın 20-də oynanılacaq.

Chosen
31
teleqraf.com

1Sources