EN

Edi Reski Dviçayo niyə Danimarka ilə oyuna çıxmayıb?

Azərbaycan millisinin badmintonçusu Edi Reski Dviçayonun Bakıda keçirilən qarışıq komandalar arasında Avropa çempionatında Danimarka ilə oyunda heyətdə yer almamasının səbəbi məlum olub.

Azərbaycan Badminton Federasiyasından İdman.biz-ə verilən məlumata görə, yığmanın lideri baş məşqçi Morteza Validarvinin istəyi ilə qrup mərhələsinin son görüşünə çıxmayacaq.

İranlı məşqçi heç bir əhəmiyyəti qalmayan görüşdə gənclərə şans verib. O, bu qərarını həmyerlilərimizin təcrübə toplaması üçün faydalı olacağı ilə əlaqələndirib.

Qeyd edək ki, kişilərin fərdi yarışında Ülvi Hüseynov mübarizə aparıb. O, Anders Antonsenə 0:2 (8:21, 4:21) hesabı ilə uduzub.

Aytac Sahəd
İdman.biz

Chosen
17
idman.biz

1Sources