EN

Trampın bu Sərəncamı ləğv edildi?

ABŞ-də başqa bir hakim prezident Donald Trampın ölkədə doğulan uşaqların vətəndaşlıq almasına mane olan sərəncamına qarşı qərar çıxarıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Bildirilib ki, Massaçusets Dairə Məhkəməsinin hakimi Leo Sorokin  31 səhifəlik qərarında doğum zamanı vətəndaşlıq hüququnun konstitusiyada geniş şəkildə təsbit edildiyini və ABŞ-da doğulan körpələrin də bu hüquqdan yararlana biləcəyini bildirib.

Trampın fərmanına qarşı ilkin qərar çıxaran Sorokin, qərarı dayandıran dördüncü hakim oldu.

Demokratların baş prokurorları qərarla bağlı birgə mətbuata açıqlama veriblər. Açıqlama da deyilir: "Prezident Tramp qanundan üstün olduğuna inana bilər, lakin bugünkü göstəriş aydın mesaj verir. O, kral deyil və Konstitusiyanı yenidən yaza bilməz"

Chosen
9
operativmm.az

1Sources