EN

Avropada 2, Azərbaycanda 50 faiz: Piyadavurma hallarının çoxluğu ciddi narahatlıq doğurur VİDEO

“Azərbaycanda yol-nəqliyyat hadisələrinin sayı azalır. Lakin bizi narahat edən piyadavurma hallarının artmasıdır”.

Xezerxeber.az-ın məlumatına görə, bu fikirləri Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi polis polkovnik-leytenantı Rövşən Tağıyev deyib.

Xəzər TV-nin “Xəbər Ertəsi” proqramına danışan Rövşən Tağıyev bildirib ki, Azərbaycanda yol-nəqliyyat hadisələrinin sayı dünyanın çox ölkəsindən azdır: “Amma Avropa ölkələrində piyadavurma hadisələri 1-2 faiz təşkil etsə də, təəssüflər olsun ki, bizdə bu göstərici 50 faizə yaxındır. Bu hal isə həm maarifləndirmə, həm də inzibati tədbirlərin daha da gücləndirilməsinə ehtiyac olduğunu göstərir”.

Rövşən Tağıyev xatırladıb ki, ötən həftə ərizində yollarda ölümlə nəticələnən 7 yol-nəqliyyat hadisəsi baş verib. Onun sözlərinə görə, bu hadisələrin 5-i piyadavurmadır.

Şöbə müdiri vurğulayıb ki, vətəndaşlar bəzən yolun piyadalar üçün nəzərdə tutulmayan hissəsindən keçirlər və bu da onların həyatı bahasına başa gəlir. Bundan başqa, piyadalar bir çox hallarda onların həyatı üçün təhlükə yarana biləcək yollarla hərəkət etməyi vərdişə çevirilər. Ona görə də tövsiyə olunur ki, piyadalar getdikləri yolları mütəmadi dəyişsinlər. Yəni onların həyatı üçün təhükə yarana biləcək yollarla hərkət etməyi gündəlik vərdişə çevirməsinlər. Bundan başqa, piyadalar yolu keçərkən telefondan və qulaqlıqlardan istifadə edirlər. Belə olduqda diqqət yayınır, piyadaların ətrafla əlaqəsi kəsilir və nəticədə xoşagəlməz hal baş verir.

Rövşən Tağıyev həmçinin tövsiyə edib ki, piyadalar əlverişsiz hava şəraitini də nəzərə almalı, işıqlandırılmayan yolları keçərkən diqqətli olmalıdırlar.   

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Chosen
17
xezerxeber.az

1Sources