EN

Bəstəkar Adil Bəbirovun 90 illiyinə həsr olunmuş tədbir keçirilib

Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində görkəmli bəstəkar, Əməkdar incəsənət xadimi Adil Bəbirovun 90 illiyinə həsr olunmuş tədbir keçirilib.

Tədbirin bədii hissəsində muzeyin Qədim Musiqi Alətləri Ansamblının (bədii rəhbər və konsertmeyster Xalq artisti Munis Şərifov), Xalq artisti Teyyub Aslanovun, Əməkdar artistlər Nuriyyə Hüseynovanın, Davud Abdullayevin (tar) və digərlərinin ifasında Adil Bəbirovun əsərləri səsləndirilib.

Qeyd edək ki, tədbirin sonunda Adil Bəbirovun qızı Aytən Bəbirova öz videomüraciətində Musiqi Mədəniyyəti Dövlət Muzeyinə və bütün iştirakçılara təşəkkürünü bildirib.

Chosen
27
kulis.az

1Sources