EN

Tanınmış aktrisanın özündən 48 yaş böyük əri öldü - FOTO

Məşhur aktrisa Meltem Miraloğlunun 80 yaşlı amerikalı əri Patrik Qredi dünyasını dəyişib.

Milli.Az türk mediasına istinadla xəbər verir ki, aktrisa illər əvvəl ABŞ-a köçmüş və burada 2019-cu ildə Patrik ilə ailə həyatı qurmuşdu.

Səs sənətçisi və yazıçı Onur Akay Meltem Miraloğlunun həyat yoldaşının ölümünü və mirasla bağlı şok edici detalları açıqlayıb.

Məlumata görə, Patrik Qredi ölümündən əvvəl vəsiyyətini hazırlayaraq Meltemi mirasından imtina edib. Bu məlumat bir çox insanı təəccübləndirib, çünki Meltem Miraloğlu ABŞ-da vətəndaşlıq məsələləri ilə bağlı bəzi çətinliklərlə qarşılaşıb.

Xatırladaq ki, Meltem Miraloğlu "Hayat Devam Ediyor" serialında uşaq gəlin Həyat obrazını canlandırıb.

Fidan
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Chosen
16
milli.az

1Sources