Olaylar.az xəbər verir ki, o bu fikri Kossuth Radio-ya müsahibəsində səsləndirib.
Orban ABŞ Prezidenti Donald Trampın Rusiya lideri Vladimir Putinlə görüşərək Ukraynadakı münaqişəyə son qoymaq üçün razılığa gələcəyinə ümid etdiyini bildirib. "Əgər ABŞ Prezidenti sülh danışıqlarında razılığa gəlsə, Rusiya yenidən qlobal iqtisadiyyata və Avropa təhlükəsizlik sisteminə daxil olacaq," - deyə Macarıstan lideri vurğulayıb.
O həmçinin Budapeştin uzun müddətdir Rusiyaya qarşı sanksiyaların ləğvinin tərəfdarı olduğunu xatırladıb. Orbanın sözlərinə görə, bu məhdudiyyətlər Avropa iqtisadiyyatına, xüsusilə enerji qiymətlərinin artması səbəbindən böyük ziyan vurur.
Baş nazir əlavə edib ki, Rusiyanın Avropa iqtisadiyyatına və enerji sisteminə yenidən inteqrasiyası Macarıstan iqtisadiyyatına böyük təkan verəcək.