EN

"Pul məni çaşdırdı" demişdi - Həbs olunan azərbaycanlı müğənni kimdir?

Xəbər verdiyimiz kimi, Azərbaycanda tanınmış müğənni Elmir Qəhrəmanov həbs olunub. 

Ölkə.az xəbər verir ki, yenidən məhkumluq həyatı yaşayacaq E.Qəhrəmanov 5 ay öncə yerli televiziyalardan birinə verdiyi açıqlaması ilə gündəmə gəlmişdi.

Belə ki, onun "Pul məni çaşdırdı. Xəstə və sağlam düşüncə var. İnsan gərək sağlam düşünsün" fikirləri diqqət çəkib.

"Asılı olmağım narkotik istifadəsinə gətirib çıxardı. Bu sənət elə bir sənətdir ki, doğma qardaşın da oxuyandırsa, heç o da istəmir sən ondan yaxşı olasan. Narkotik istifadə edəndə oxumağa halım olmurdu. Qazlı su içmək və siqaret çəkmək daha da pis edirmiş. O da bilərəkdən mənə çəkməyi deyirdi ki, toyu yaxşı ifa edə bilməyim. Narkotik bəlasına düçar olandan sonra bildim ki, bir dəfə çoxdur, min dəfə azdır. 

Mənim fizioloji durumum yaxşı deyildi. Oğlum sinif yoldaşlarının yanında utanmasın deyə məktəbə gedib onu kənardan seyr edirdim. O, məni görmürdü. Adını da İbrahim qoymuşam. Biri var dib, biri də var quyunun dibi. Yəni dibin dibi. Mən dibin dibinə düşmüşdüm. Bir dənə oğurluq etməmişəm. Heç kimi satmamışam. Çünki satanlar bizi pis günə qoyurdular. Mən niyə satım kiminsə balasını pis günə qoyum. 

Zemfira İbrahimova həmişə mənlə maraqlanıb. Həm maddi, həm də mənəvi dəstək olub", - deyə o bildirib.

Xatırladaq ki, musiqi aləmində  “Azərbaycanın İbrahim Tatlısəsi” kimi tanınan Elmir məhkəmənin qərarı ilə 1 il 6 ay azadlıqdan məhrum edilib. O, təxminən bir il öncə azadlığa çıxsa da, yenidən Cinayət Məcəlləsinin qanunsuz olaraq narkotik vasitələri əldə etmə maddəsi ilə təqsirləndirilib.

Məhkəmə onu işə baxılana kimi zaminə buraxıb, lakin proses uzun çəkdiyindən müğənni barəsində məhkəmənin yekun hökm qərarı bu qədər uzanıb.

Yaxınlarının verdiyi məlumata görə sənətçi narkotik asılılığından əziyyət çəkdiyi üçün reablitasiya mərkəzlərindən birində müalicə aldıqdan sonra, bu pis vərdişdən tamamilə uzaqlaşıb. Onun barəsində indi həbs cəzasının verilməsi reablitasiya dövründən öncə törətdiyi əməlinə görədir.

Həmidə İbrahimova

Chosen
33
olke.az

1Sources