EN

Azərbaycan millisi Danimarkaya məğlub oldu

Azərbaycanın Badminton millisi Avropa çempionatında Danimarkayla qarşılaşıb.

Azərbaycanın badminton millisi Bakıda keçirilən qarışıq komandalar arasında Avropa çempionatındakı sonuncu oyununda da məğlub olub.

"Operativ Media" xəbər verir ki, Morteza Validarvinin baş məşqçisi olduğu kollektiv I qrupda Danimarka ilə üz-üzə gəlib.

Qarşılaşma rəqibin qələbəsi ilə yekunlaşıb - 3:1.

Qeyd edək ki, yığma daha əvvəl İspaniya və İngiltərəyə 2:3 hesabı ilə uduzub.

Chosen
34
9
operativmedia.az

10Sources