EN

Yeni lisenziya verilən iki radiostansiya bu il fəaliyyətə başlayacaq

Bakı, 14 fevral, AZƏRTAC

Son beş ildə ölkədə radiostansiyaların sayı iki dəfə artıb.

AZƏRTAC xəbər verir ki, bunu Audiovizual Şuranın sədri İsmət Səttarov bu gün keçirilən brifinqdə deyib.

O, daha yeni iki radiostansiyaya lisenziya verildiyini, onların bu il ərzində fəaliyyətə başlayacağını qeyd edib. Bildirib ki, stansiyalardan biri sırf elmi, maarifləndirmə janrında fəaliyyət göstərəcək.

Chosen
46
azertag.az

1Sources