EN

Orban: Ukrayna münaqişəsi həll olunarsa, Rusiya qlobal iqtisadiyyata qayıdacaq– ÖZƏL

Olaylar.az xəbər verir ki, Macarıstanın Baş naziri Viktor Orban hesab edir ki, Ukraynadakı münaqişənin həlli ilə Rusiya yenidən dünya iqtisadiyyatına və Avropanın təhlükəsizlik sisteminə inteqrasiya olunacaq.

Kossuth radiosuna müsahibəsində Orban ABŞ Prezidenti Donald Trampın müharibənin dayandırılması üçün razılıq əldə edəcəyinə ümid etdiyini bildirib. Onun sözlərinə görə, Vaşinqton sülh danışıqlarında razılığa gəldikdə, Moskva qlobal sistemə yenidən qoşulacaq.

Fevralın 12-də Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp telefon danışığı apararaq Ukrayna münaqişəsini, iki ölkə vətəndaşlarının mübadiləsini və iqtisadi əməkdaşlığı müzakirə ediblər. ABŞ senatoru Vladimir Jabarov isə Moskva və Vaşinqton arasında münasibətlərin canlandığını qeyd edib.

Son məlumatlara görə, Tramp Ukrayna Prezidenti Vladimir Zelenskiyə Vladimir Putinin razılaşma əldə etmək istədiyini bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
18
olaylar.az

1Sources