EN

ÇL: kim həftənin ən yaxşı oyunçusu seçiləcək?

Çempionlar Liqasında pley-off mərhələsinin ilk oyunlarından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər müəyyənləşib.

Onlar Vinisius Junior (Real), Vanqelis Pavlidis (Benfika), İqor Payşao (Feyenoord) və Seri Girassidi (Borussiya D). Vinisius “Mançester Siti” ilə oyunda (3:2) 1 qolun ötürməsini verib. Qirassi “Sportinq”lə (3:0) matçda 1 qol vurub və 1 məhsuldar ötürmə edib. Pavlidis “Monako” (1:0), Payşao isə “Milan”la matçda (1:0) yeganə qolun müəllifi olub.

Qalib UEFA-nın saytında keçirilən səsvermə nəticəsində müəyyənləşəcək.

Chosen
26
1
football-plus.az

5Sources