EN

Rusiya vətəndaşları Azərbaycanda müvəqqəti olma müddətini elektron kalkulyatorla yoxlaya biləcəklər

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



2025-ci il yanvarn 1-dən viza tələb olunmayan qaydada Azərbaycan Respublikasına gələn Rusiya Federasiyası vətəndaşlarının və Rusiya Federasiyasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin ölkədə müvəqqəti olma müddəti bir təqvim ili ərzində 90 gün müəyyən edilib.
Bu barədə Oxu.Az-a Dövlət Miqrasiya Xidmətindən məlumat verilib.
Qanunvericiliyin tələblərinə əməl edilməsi, eyni zamanda, Rusiya Federasiyası vətəndaşlarının ölkəyə səfərlərinin planlaşdırılmasında rahatlığın təmin olunması məqsədilə Dövlət Miqrasiya Xidməti tərəfindən bir təqvim ili ərzində ölkədə istifadə edilməmiş müvəqqəti olma müddətinin hesablanması üçün Xidmətin rəsmi internet səhifəsində "Müvəqqəti olma müddətini yoxla" adlı elektron kalkulyator istifadəyə verilib.
Təqdim edilən elektron yenilik vasitəsilə Azərbaycana viza tələb olunmayan qaydada səfər edən Rusiya Federasiyası vətəndaşları cari təqvim ili ərzində ölkə ərazisində istifadə edilməmiş müvəqqəti olma müddətlərini onlayn qaydada yoxlaya biləcəklər.
Bunun üçün Xidmətin rəsmi internet səhifəsində "Müvəqqəti olma müddətini yoxla" bölməsinə keçid edilərək, açılan pəncərədə cari təqvim ili ərzində şəxsin ölkəyə giriş-çıxış tarixlərini (ardıcıl olaraq) əlavə etmək tələb edilir. Sorğu göndərildikdən sonra cari təqvim ili ərzində ölkə ərazisində istifadə edilməmiş müvəqqəti olma müddətinin günlərinin sayı real vaxt rejimində istifadəçilərə təqdim olunur.
Ətraflı məlumat üçün Dövlət Miqrasiya Xidmətinin (012) 919 Çağrı Mərkəzinə, rəsmi sosial şəbəkə hesablarına ("Facebook", "Instagram") və ya İctimaiyyətlə Əlaqələr İdarəsinə [email protected] e-maili vasitəsilə müraciət edə bilərsiniz.
Chosen
16
1
oxu.az

2Sources