EN

Rusiya ABŞ vətəndaşını həbs edib

Rusiya bir neçə gün əvvəl ABŞ vətəndaşı Mark Foqeli azad etsə də, onun həbxsanadakı yeri uzun müddət boş qalmayıb.

“AzPolitika xəbər verir ki, Rusiya mətbuatının yazdığına görə, ABŞ vətəndaşı K.U.Byers Moskvanın Vnukovo hava limanında saxlanılıb.

Amerikalının baqajında konfetlərin içərisində gizlədilən təxminən 500 qram marixuana aşkar edilib. Indi xüsusilə böyük miqyasda narkotik qaçaqmalçılığına görə onu 7 ilə qədər həbs gözləyir.

Qeyd edək ki, fevralın 13-də Moskva Rusiyada narkotik qaçaqmalçılığına görə cəza çəkən ABŞ vətəndaşı Mark Foqeli azad edib. Əvəzində Rusiya vətəndaşı Aleksandr Vinnik Rusiyaya qaytarılıb.

“AzPolitika.info” 

Chosen
24
azpolitika.info

1Sources