EN

Konfrans Liqası: “Panatinaikos” uduzdu, “Betis” qalib gəldi – NƏTİCƏLƏR

Bu gün Konfrans Liqasında pley-off mərhələsinə start verilib. 

Bizim.Media xəbər verir ki, ilk oyunlar çərçivəsində 8 matç baş tutub. 

Liqa mərhələsində 9-24-cü yeri tutan komandalar 1/8 finala vəsiqə uğrunda ilk duelə çıxıb. Günün ən maraqla gözlənilən qarşılaşmasında “Kopenhagen”lə “Haydenhaym” üz-üzə gəlib. Almanlar Danimarkadan qələbə ilə dönüblər. "Molde"nin öz meydanında "Şemrok Rovers"a, "Panatinaikos"un isə səfərdə "Vikinqur"a məğlubiyyəti çoxları üçün gözlənilməz olub.
Qeyd edək ki, cavab görüşləri fevralın 20-də keçiriləcək.

Konfrans Liqası

Pley-off, ilk oyunlar

13 fevral

21:45. “Baçka Topola” – “Yagelloniya” - 1:3

21:45. “Selye” - APOEL - 2:2

21:45. “Vikinqur” – “Panatinaikos” - 2:1

21:45. “Molde” – “Şemrok Rovers” - 0:1

00:00. “Gent” – “Betis” - 0:3

00:00. “Borats” – “Olimpiya” - 1:0

00:00. “Omoniya” – “Pafos” - 1:1

00:00. “Kopenhagen” – “Haydenhaym” - 1:2.

Bizim.Media

Chosen
2
1
bizim.media

2Sources