Bakı. Trend:
Ermənistanın işğal dönəmində vurduğu ziyana görə təzminatödəməsi beynəlxalq hüququn tələbidir.
Bunu Trend-əaçıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr VeteranlarıTəşkilatının sədri polkovnik Cəlil Xəlilov bildirib.
Polkovnik qeyd edib ki, Ermənistan işğal dönəmində misilsizvəhşiliklər törədib, həm sosial infrastrukturu, həm də təbiəti məhvedib:
“Ermənistan 30 ilik işğal dönəmində insanlıq tarixindəmisli-bərabəri olmayan talan və dağıntılar törədib, yüzlərləyaşayış məntəqəsini sözün həqiqi mənasında yox edib. Evlər,məscidlər, qəbiristanlıqlar, sosial infrastruktur, sənaye və kəndtəsərrüfatı müəssisələri, hətta tarixi abidələr də məhv edilib.
Bununla yanaşı, erməni faşizmi təbiətə də böyük zərər verib,torpaq örtüyünü, su hövzələrini, meşələri məhv edib, sıradançxıarıb. Bütün bunlara görə Ermənistanın təzminat ödəməsi vacibdir.Bu, yalnız Azərbaycanın deyil, həm də beynəlxalq hüququn tələbidir.Bütün dünyada bu praktika mövcud olub və bu gün də mövcuddur. Odurki, Azərbaycan haqlı olaraq Ermənistandan vurulan zərərə görə tamtəzminat tələb edir və bu tələb yerinə yetirilənə qədər dövlətimizöz mübarizəsini davam etdirəcək”.
Polkovnik qeyd edib ki, Vətən müharibəsindən sonra silahlanmayaböyük vəsaitlər ayıran Ermənistan, silah almaq yox, təzminat ödəməkhaqqında düşünməlidir:
“Ermənistan öz havadarlarının köməyi ilə Vətən müharibəsindənsonra sürətli silahlanma siyasəti həyata keçirməkdədir. Fransa,Hindistan, ABŞ, Yunanıstan və s. ölkələrdən müxtəlifsilah-sursatlar, hərbi texnikalar alınır, Ermənistan ordusununyenidən qurulmasına böyük vəsaitlər sərf olunur. Bütün bunlar onugöstərir ki, Errmənistan sülh deyil, yeni qarşıdurmalar haqqındadüşünür. Lakin yaxşı olardı ki, silah idxalına milyonlar sərf edənrəsmi İrəvan Azərbaycana təzminat ödəmək haqqında fikirləşsin.Çünki Azərbaycan Qarabağı azad etdiyi kimi, təzminat məsələsində dəsona qədər qərarlılıq nümayiş etdirəcək və öz istəyinə nailolacaq”.