EN

İraqın Səlahəddin şəhərində, türk dili rəsmi dil olaraq qəbul edilib – Yeni tarix yazılır

Bakı, TurkicWorld

İraqın Səlahəddin şəhərində, türk dili rəsmi dil olaraq elan edilib.

TurkicWorld xəbər verir ki, Türkmənlərin sıx yaşadığı İraqda Kərkük və Mosuldan sonra Səlahəddində rəsmi yazışmalarda türk dili üçüncü dil olaraq qəbul edilib. İraq Konstitusiyasında illərdir həyata keçirilməyən qərar beləliklə qüvvəyə minib.

İraqın Səlahəddin şəhərində artıq türkcənin istifadəsi məcburidir. Səlahəddin valisi dövlət qurumlarında ərəb dili ilə yanaşı türkcənin də istifadə edilməsi barədə göstəriş verib.

Qeyd edək ki, İraq Konstitusiyasına görə; Kərkük, Mosul, Erbil, Selahəddin və Süleymaniyə şəhərlərində Türk dilinin rəsmi dil kimi istifadəsi məcburi hesab olunur. Lakin bu qərar indiyə qədər yalnız Kərkükdə tətbiq olunurdu.

Chosen
16
turkic.world

1Sources