EN

Kilian Mbappe yenidən milliyə çağırılıb

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Real Madrid"in futbolçusu Kilian Mbappe yenidən Fransa millisinə çağırılıb.
Oxu.Az xəbər verir ki, Fransa millisi martın 20 və 23-də Millətlər Liqasının 1/4 final matçlarında Xorvatiya ilə qarşılaşacaq.
Mbappe ötən ilin oktyabr və noyabr aylarında Millətlər Liqasında keçirilən oyunlar üçün milliyə çağırılmamışdı. Həmin vaxt Didye Deşamla aralarında problem yaşanan hücumçunun millidə oynamaq istəmədiyi barədə xəbərlər yayılmışdı.
Qeyd edək ki, 25 yaşlı hücumçu Fransa millisində 86 matçda 48 qol vurub, 35 məhsuldar ötürmə edib.
Chosen
25
1
oxu.az

2Sources