EN

“Kəpəz”in futbolçusunun qolu yanvarın ən yaxşısı seçilib

“Kəpəz”in futbolçusu Turan Manafovun Azərbaycan Premyer Liqasının 19-cu turunda “Turan Tovuz”a vurduğu qol yanvar ayının ən yaxşısı seçilib.

İdmanxeber.az xəbər verir ki, bu barədə Gəncə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

“Turan Tovuz”la matçın 17-ci dəqiqəsində cərimə zərbəsindən fərqlənən Manafovun qolu münsiflər heyəti tərəfindən “Ayın qolu” layihəsinin qalibi seçilib.

Tovuz şəhər stadionunda keçirilən qarşılaşma “Kəpəz”in 5:2 hesablı qələbəsi ilə nəticələnib.

Chosen
36
5
idmanxeber.az

6Sources