EN

“1926-cı il Türkoloji qurultay” filmi tamaşaçılara təqdim olunacaq

"Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyəti və “Türkiyə Radio və Televiziya Qurumu” arasında imzalanan memoranduma əsasən ortaq istehsal olunan “1926-cı il Türkoloji qurultay” bədii-sənədli filmi yaxın günlərdə tamaşaçılara təqdim olunacaq.

“Far.Az”un məlumatına görə, film 1926-cı ildə Bakıda keçirilən SSRİ ərazisində yaşayan türk xalqlarının tarixi, ədəbiyyatı, dili, əlifbası ilə bağlı qərarların qəbul edildiyi Birinci Türkoloji Qurultaya həsr olunub.

Qurultayda SSRİ-də yaşayan türk xalqları ilə yanaşı xarici qonaqlar, ümumilikdə isə 131 nəfər nümayəndə - alimlər, dilçilər, tarixçilər, şairlər və yazıçılar iştirak edib.

Qurultayın keçirilməsində gizli məqsəd isə Sovetlər İttifaqı ərazsində yaşayan türk-müsəlman əhalini ərəb əlifbasından ayırmaqla öz soy kökündən, maddi-mədəni sərvətindən, ədəbiyyatından ayrı salmaq, bu xalqları İslam aləmindən qoparmaq olmuşdur.

Filmdə Türkiyənin və Azərbaycanın tanınmış elm adamları, yazarların çıxışları yer alıb, aktyor oyunu ilə canlandırlan bədii səhnələrdən, qarfik təsvirlərdən istifadə olunub.

Filmin ssenari müəllifi Səxavət Sahil, quruluşçu rejissoru Ahmet Selim Sabuncu, quruluşçu operatoru Sabri Savcı, quruluşçu rəssamı Şahin Həsənli, redaktoru Mahir Qəribovdur. Türkiyə və Azərbaycan auditoriyası üçün nəzərdə tutulan “1926-cı il Türkoloji qurultay” bədii-sənədli filminin layihə rəhbərləri Sərvər Bayramov (Azərbaycan, AzTV) və Sedat Sağırkaya (Türkiyə, TRT), prodüseri isə İlqar Mehti və Ali Çiçekdir.

Chosen
33
13
far.az

10Sources