EN

WP: "ABŞ dəstək verməsə belə, İsrail İranı vuracaq"

"The Washington Post" (WP) qəzetinin köşə yazarıDevid İqnatiushər iki ölkədən aldığı rəsmi məlumata əsasənyazırki, İran diplomatik yolla öz nüvə proqramını dayandırmasa, nüvə silahı yaratmaq hədəfindən əl çəkməsə, İsrail istər ABŞ-nin dəstəyi ilə, istərsə də bu dəstəyi gözləmədən öz məqsədinə çatmağa hazırdır.

"ABŞ-nin İsrailə mümkün dəstəyi bir sıra variantdan var: ultimatum şəklində diplomatik təzyiqdən tutmuş aktiv hərbi dəstəyədək",- müəllif vurğulayır.

O, liderlərin bu barədə haçan danışdıqlarını diqqətə çatdırmasa da, Benyamin Netanyahunun keçən həftə Vaşinqtonda Donald Trampla görüşdüyü məlumdur. Həmin görüşdən qabaq Netanyahu jurnalistlərə açıqlamasında söyləmişdi ki, "İran ABŞ və İsrailin diqqət mərkəzində saxladığı mövzulardan biridir".

Donald Trampın yenidən ABŞ Prezident seçilməsinin ardınca İsrailin İrana birbaşa hərbi əməliyyat planı gündəmə gəlib. İsrail ümidvardır ki, o, İranın nüvə obyektlərinə hücumu dəstəkləyəcək, hətta gözlənilən hücumu birbaşa ABŞ həyata keçirəcək. Burada əsas hədəf İranın nüvə proqramıdır. "The Washington Post" qəzeti dünən ölkənin xarici kəşfiyyat agentliyinin hesabatlarına istinadən məlumat yayıb ki, İsrail yay aylarınadək İranın nüvə obyektlərinə qarşı genişmiqyaslı hücum həyata keçirməyi planlaşdırır.
WP: "İsrail İrana qarşı hücuma hazırlaşır"

"Hesabatlar arasında ABŞ Birləşmiş Qərargahının Kəşfiyyat İdarəsi və Müdafiə Kəşfiyyat Agentliyinin (DIA) "proqnoz"u xüsusi diqqət çəkir. Bu hesabatda xəbərdarlıq verilir ki, İsrailin İranın "Fordo" və "Nətənz" nüvə obyektlərinə hücum cəhdi istisna deyil. Belə bir addım regionda daha böyük münaqişə riski yaradacaq",-WP yazır.

Maraqlıdır ki, Ağ Ev, habelə CIA və digər kəşfiyyat orqanları, eyni zamanda, İsrail hökuməti bu xəbərə konkret şərh verməkdən boyun qaçırsa da, Ağ Evin Milli Təhlükəsizlik Şurasının sözçüsü Brayn Hyuz qəzetə yalnız bu açıqlamanı verib:

"ABŞ Prezidenti Donald Tramp İranın nüvə silahı yaratmasına imkan verməyəcək. O, İranla uzunmüddətli problemlərinin sülh yolu ilə həllinə üstünlük verir, amma İran razılığa gəlmək istəməsə, Donald Tramp çox da səbirli davranmayacaq".

Yanvarın 28-də İranın xarici işlər naziri Abbas Əraqçi də Britaniyanın "Sky News" telekanalına müsahibəsində İsrailin mümkün hücumuna eyham vurmuşdu. O, İsrail və ABŞ-nin mümkün hücumunu "çılğıncasına bir iş" adlandırmışdı.

"Əslində, düşünmürəm ki, bu cür çılğıncasına işi görsünlər. Axı bu bütün regionu çox ağır fəlakətə gətirib çıxara bilər",- Əraqçi demişdi.

Firudin Həmidli
AzVision.az
Chosen
27
azvision.az

1Sources