EN

İlon Mask: "Dövlət büdcəsinin kəsirini 1 trilyon dollar azalda bilərik"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Prezidentin dəstəyi ilə büdcə kəsirini 2 trilyondan 1 trilyona qədər azalda bilərik".
Oxu.Az-ın məlumatına görə, ABŞ Hökumətinin Səmərəlilik Departamentinin rəhbəri (DOGE) İlon Mask bununla bağlı Ağ Evdə fevralın 11-də keçirilmiş brifinqdə dediyi fikirlərini "X" hesabından paylaşıb.
Maskın fikrincə, buna ictimai rifaha xidmət etməyən qaydaların ləğvi ilə nail ola bilərlər. O əlavə edib ki, kəsir azalsa, 2026-cı ildə ümumiyyətlə inflyasiya barədə unudacaqlar:
"İctimai rifaha xidmət etməyən bir çox qaydalar var. ABŞ-nin qurucularına bu fəaliyyətlərində azadlıq verilməlidir. Əgər bunu etsək, düşünürəm ki, iqtisadi artımı 3.4, bəlkə də 5%-ə çatdıra bilərik.
Bu o deməkdir ki, əgər siz bir trilyon dollar iqtisadi artım əldə edə bilsəniz və indidən gələn ilə qədər büdcə kəsirini bir trilyon azaltsanız, inflyasiya olmayacaq. 2026-cı ildə inflyasiya olmayacaq".
Mask əlavə edib ki, əgər hökumət daha az borclanırsa, bu o deməkdir ki, faiz xərcləri azalır.
"Beləliklə, hər kəsin ipotekası, avtomobil ödənişi, kredit kartı borcları, tələbə borcu, aylıq ödənişləri azalır. Bu, orta amerikalı üçün fantastik bir ssenaridir.
Təsəvvür edin ki, onlar ərzaq dükanına gedirlər və bu il də, növbəti il də qiymətlər eyni qalır, bütün borc ödənişləri azalır.
Bu, orta statistik amerikalı üçün necə də gözəldir!" - DOGE rəhbəri fikrini əsaslandırıb.
Chosen
35
2
oxu.az

3Sources