EN

Paris Livana qoşun yeridir

Paris Livanın cənubunda İsrail ordusunun nəzarəti altında olan ərazilərdə BMT sülhməramlı qüvvələrinin (UNIFIL) əsgərlərini yerləşdirməyi təklif edib .

Vətəninfo.az xəbər verir ki, Fransanın xarici işlər naziri Jan-Noel Barron Parisdə Suriya ilə bağlı beynəlxalq konfransın sonunda keçirilən mətbuat konfransında deyib: “Atəşkəs İsrail qüvvələrinin yekun olaraq çıxarılması üçün gözlənilən tarix olan fevralın 18-dək uzadılıb”.

Barro əlavə edib ki, ölkəsi “daha ​​uzun müddət qalmağı planlaşdıran İsrailin təhlükəsizlik istəklərinə cavab verə biləcək bu təklifi formalaşdırmaq üzərində” çalışıb.

Bundan əvvəl yəhudi dövləti fevralın 18-dən sonra qüvvələrini Livanın cənubundakı 5 məntəqədə saxlamaq istədiyini açıqlamışdı. Buna cavab olaraq Livan parlamentinin sədri Nəbih Berri İsrailin Livanın cənubunda hərbi mövcudluğunun uzadılması ehtimalını qəti şəkildə rədd edib və Livan ordusunun BMT sülhməramlı qüvvələrinin dəstəyi ilə sərhəddə təhlükəsizliyin təmin edilməsi vəzifəsini yerinə yetirəcəyini vurğulayıb.

Paris belə bir təşəbbüslə Livan bir sıra sərhəd bölgələrində İsrail hərbçilərinin mövcudluğunu uzatmaqdan imtina etdikdən sonra çıxış edib.

Fransa BMT-nin baş katibi Antonio Quterreş tərəfindən təsdiqlənmiş UNIFIL-in Fransa kontingentindən 700 əsgərin yerləşdirilməsini təklif edib.

Livan hökuməti İsrailin mövqeyinin narahatlıq doğurduğunu və yeni hərbi eskalasiya təhlükəsi yaratdığını nəzərə alaraq Fransanın təklifini fevralın 17-də müzakirə edəcək.

Chosen
26
veteninfo.az

1Sources