EN

Xaçmazın Qusarçay kəndində sakinlərin müraciət və təklifləri dinlənilib (FOTO)

Trend

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, yerlihüquq mühafizə orqanları, idarə, müəssisə və təşkilat rəhbərlərininiştirakı ilə Qusarçay kəndində növbəti səyyar qəbul keçirib.

Trend xəbər verir ki, qəbuldaQusarçay İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinə daxil olanQusarçay, Həsənqala, Ağaverdioba və Balaqusarqışlaq kəndininsakinləri iştirak edib.

Sakinlər əvvəlki səyyar qəbullarda qaldırılan bəzi məsələlərinhəlli bağlı görülən işlərə görə təşəkkürlərini bildirib, həmçininelektrik təsərrüfatının yenilənməsi, yolların təmiri, sutəchizatının yaxşılaşdırılması və digər müraciətlərsəsləndiriblər.

Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev sakinlərin arzuvə təkliflərini həssaslıqla dinləyərək, onları narahat edənproblemlərin aradan qaldırılması istiqamətində müvafiqtapşırıqlarını verib. Bir çox müraciətlər yerindəcə həlledilib.

Sakinlər əhalinin problemlərinin həll edilməsi məqsədiləyerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət vəqayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə vəBirinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadəediblər.

Xaçmazın
Xaçmazın
Xaçmazın
Xaçmazın
Xaçmazın
Xaçmazın
Xaçmazın
Chosen
11
az.trend.az

1Sources