EN

HHQ-də “Gizir hazırlığı kursu”nun növbəti buraxılış mərasimi baş tutub

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi cari ilin hazırlıq planına uyğun olaraq, Hərbi Hava Qüvvələrinin Təlim və Tədris Mərkəzində “Gizir hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib.

Müdafiə Nazirliyindən “Poliqon”a verilən məlumata görə, əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub.

General-mayor Namiq Bayramov məzunları buraxılış münasibətilə Müdafiə Nazirliyinin rəhbərliyi adından təbrik edib, onlara gələcək xidmətlərində uğurlar arzulayıb. Hərbi qulluqçuların peşəkarlıq səviyyəsinin yüksəldilməsi və döyüş qabiliyyətinin artırılmasından danışan N.Bayramov bu cür kursların əhəmiyyətini xüsusi vurğulayaraq Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun gündən-günə gücləndiyini qeyd edib.

Məzunlar adından çıxış edən, kurs birincisi gizir Zaur Məmmədov onlara göstərilən diqqət və qayğıya görə rəhbərliyə təşəkkürünü bildirib, yiyələndikləri bilik və bacarıqlarını daha da təkmilləşdirərək xidmət yerlərində tətbiq edəcəklərinə söz veriblər.

Sonda kurs birincisi tərəfindən yaş kötüyünə rəmzi emblem vurulub və məzunlara sertifikatlar təqdim olunub.

#gallery-1 {

margin: auto;

}

#gallery-1 .gallery-item {

float: left;

margin-top: 10px;

text-align: center;

width: 100%;

}

#gallery-1 img {

border: 2px solid #cfcfcf;

}

#gallery-1 .gallery-caption {

margin-left: 0;

}

/* see gallery_shortcode() in wp-includes/media.php */

5c61753c2b9e4fcb9298b7e5e5a8c57a

67fc636964409dfe070d6e87e24f0548

Chosen
4
2
poliqon.az

5Sources