EN

Ötən ay Naxçıvan iqtisadiyyatı 2%-dən çox böyüyüb

Ötən ay Naxçıvan Muxtar Respublikasında ümumi daxili məhsul istehsalı 105,8 milyon manat olub.

Bu barədə, Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsindən məlumat əldə edilib.

Məlumata görə, bu göstərici əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,2% çoxdur.

Bu dövr ərzində əhalinin hər nəfərinə düşən ümumi daxili məhsul istehsalı 224,8 manat olub ki, bu da, illik müqayisədə 1,7% artımdır.

// APress.az

Chosen
18
4
apress.az

5Sources