EN

“Anam Namiqin verdiyi pula əl dəyməmişdi...” Elton Rusiyadakı çətin günlərindən DANIŞDI

Əməkdar artist Elton Hüseynəliyev illər əvvəl yaşadığı çətin günlərdən danışıb. 

Bizim.Media xəbər verir ki, bu barədə sənətçi “Gün ortası” proqramında açıqlama verib. 

Elton deyib ki, illər öncə meyxanaçı Namiq Məna onu Rusiyaya tədbirə aparıb:

“Səhv etmirəmsə, 1997-ci ilin əvvəli olardı, Namiq Məna gəldi, anamdan icazə alıb, məni Rusiyaya apardı. Orada konsert var idi, iştirak etməliydik. Elə oldu ki, rəhmətlik Bayram, mən və musiqiçi Famil orada qaldıq. Namiq gedib, qayıtmalıydı ki, biz bir konsert də verək. Amma Namiq gəldi, burada qəzaya düşdü. Mən orada qaldım. Rafael qardaşım sağ olsun, məni evində saxladı. Sonra Namiq gəldi. Oradan evə gəldim, onda başa düşdüm ki, böyümüşəm.
 

Gördüm ki, Namiq bizim evə pul verib. Anam mən gələnə qədər 500 dollara əl dəyməmişdi. Gəldim ki, evdə çörək yoxdu. Qonşumuz kömək edib. Amma anam məni gözləyib. Onları götürdüm, Sumqayıtda alış-verişə getdik. Bir yerdən soruşdum ki, bu televizor neçədir? Satıcı məni acıladı ki, get işinlə məşğul ol. Axı, uşağam, 400 dollarlıq nəyinsə qiymətini soruşuram.


Evə bir televizor, bir videoaparat aldıq, qalan 80 dollarına da bazarlıq etdik. Onda atam həbs olunmuşdu, qardaşım, mən və anam tək idik”.

Sara, Bizim.Media

Chosen
17
bizim.media

1Sources