EN

Ölkə üzrə sertifikatlaşdırılan hotellərin sayı açıqlanıb

Bakı. Trend:

Ötən il Azərbaycanda 301 hoteldə sertifikatlaşdırma prosesi üzrəqiymətləndirmə aparılıb.

Trend bubarədə Dövlət Turizm Agentliyindən məlumat əldə edib.

Məlumata görə, onlardan 186 hotelə sertifikat verilib. Verilmişsertifikatların 1-i beş ulduz, 13-ü dörd ulduz, 67-i üç ulduz, 75-iiki ulduz, 30-u isə bir ulduz təsnifatına uyğun gəlib.

Verilən sertifikatlarla birlikdə ölkə üzrə sertifikatlaşdırılanhotellərin cəmi sayı 259-a çatıb. Onlardan 22-i beş ulduz, 28-üdörd ulduz, 97-i üç ulduz, 81-i iki ulduz, 31-u isə bir ulduztəsnifatına uyğun olub.

Məqalədə:
Chosen
33
az.trend.az

1Sources