EN

"Tramp Baydenin imzaladığı bir çox sənədi ləğv edib"- Cavanşir Feyziyev

"Əgər hətta bu sənəd Donald Trampın razılığı ilə imzalanmışdısa belə, bu cür danışıqlar adətən dövlət başçıları tərəfindən məxfi saxlanılır və heç vaxt ictimaiyyətə açıqlanmır."

Milli Məclisin deputatı Cavanşir Feyziyev bunu News365.az-a açıqlamasında deyib. 

"Əgər bu məsələ ictimaiyyətə təqdim edilirsə, deməli, əvvəlki sənədin əhəmiyyəti artıq şübhə altına alınmış olur. Yəni cəmiyyət tərəfindən bu sənədin etibarlılığı sual altına düşür ki, bununla bağlı belə açıqlamalar verilir.

"İkincisi, Tramp hakimiyyətə gəldikdən sonra Baydenin imzaladığı bir çox sənədi ləğv edib və ləğv etmədiyi sənədlər də hər halda onun üçün konkret bir fəaliyyət istiqaməti demək deyil. Paşinyanın Birləşmiş Ştatlarla Ermənistan arasında imzalanan strateji tərəfdaşlıq sənədinin Trampın razılığı ilə imzalandığı barədə səsləndirdiyi fikirlər, əslində, daha çox ictimaiyyətə hesablanmış açıqlamalardır. İlk növbədə, bu, daxili auditoriyaya yönəlib. Ermənistanda Paşinyanın səhv seçim etdiyi, Trampın bu sənədi dəstəkləməyəcəyi və bununla da Ermənistanın çətin vəziyyətə düşəcəyi ilə bağlı fikirlər səsləndirilir."

Chosen
14
news365.az

1Sources