Çoxdandır müzakirə mövzusuna çevrilən və yer planetinə yaxınlaşan “2024 YR4” asteroidi Yer kürəsi üçün getdikcə daha da təhlükəli olur.
Avropa Kosmik Agentliyi əvvəl gündəmə gətirdiyi məsələ ilə bağlı yenidən mövqe nümayiş etdirib.
Medianews.az xəbər verir ki, Avropa Kosmik Agentliyi təcili “James Webb” Kosmik Teleskopunu köməyə səsləyib və “2024 YR4” adlı asteroidlə Yer kürəsinin toqquşacağı təqdirdə planetə vurulacaq potensial zərəri hətta təxmini olsa belə qiymətləndirməyə çağırıb.
Bu asteroid keçən il dekabrın 27-də kəşf olunub və hazırda onun Yerlə toqquşma ehtimalı 2,3%-ə yüksəldiyi üçün kosmik agentliklərin müşahidə etdiyi ən yüksək obyektlər sırasına daxil edilib.
Astronomlar hazırda onun ölçüsünün təxminən 55 metr diametrində olduğunu hesab edirlər, lakin bu ehtimal yerüstü teleskopların məlumatlarına əsaslanır. Tədqiqatçıların fikrincə, bu məlumatda da çoxlu qeyri-müəyyənlik var.
“James Webb” Kosmik Teleskopu istiliyi öyrənmək üçün infraqırmızı texnologiyadan istifadə etməklə, asteroidin ölçüsünü daha dəqiq müəyyənləşdirməyə kömək edə bilər. Bu teleskopun potensialı həmin prosesləri tezləşdirmək bacarığına malikdir.
Agentlikdən bildiriblər ki, müşahidələrin ilk mərhələsi 2026-cı ilin mart ayına, yəni asteroid maksimum parlaqlığına çatdığı bir vaxta planlaşdırılır. Lakin bu ilin may ayında teleskop yenidən “2024 YR4” asteroidinə fokuslanacaq. Bu məlumatlardan təhlükəni qiymətləndirmək, həmçinin lazımi cavab tədbirlərini müəyyən etmək üçün istifadə olunacaq.