EN

İstanbulda süni intellekt və texnoloji yeniliklərin geosiyasi təsirləri müzakirə ediləcək

Bakı. Trend:

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarasıəlaqələr komitəsinin sədri Səməd Seyidov, deputatlar CavanşirFeyziyev və Nəsib Məhəməliyev Türk dövlətləri parlamentlərininXarici əlaqələr komitələri sədrlərinin ikinci iclasında iştiraketmək üçün fevralın 17-də Türkiyənin İstanbul şəhərinə səfəredəcəklər.

Bu barədə Trend-ə MilliMəclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumatverilib.

Bildirilib ki, tədbirdə qlobal və regional məsələlər, davam edənmünaqişələr, süni intellekt və texnoloji yeniliklərin geosiyasitəsirləri, parlament diplomatiyası, həmçinin Türk dövlətlərininparlamentləri arasında əməkdaşlıq imkanları, beynəlxalqtəşkilatlarda birgə fəaliyyət və digər mövzular müzakirəolunacaq.

Qeyd edilib ki, səfər fevralın 20-də başa çatacaq.

Chosen
8
az.trend.az

1Sources