EN

AzMİU və “İnnab” Peşəkar Təlim Platforması arasında memorandum imzalandı

Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) ilə "İnnab" Peşəkar Təlim Platforması arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb. Memorandumun imzalanmasının əsas məqsədi səriştəli və rəqabətə davamlı mütəxəssislərin hazırlanmasına töhfə vermək, tələbələrin peşəkar bacarıqlarının artırılmasına və beynəlxalq sertifikatların, o cümlədən “Microsoft” sertifikatlarının əldə olunmasına dəstək olmaqdan ibarətdir.

AzMİU-dan AzEdu.az-a bildirilib ki, bununla əlaqədar olaraq AzMİU-nun rektoru professor Gülçöhrə Məmmədova və "İnnab"Peşəkar Təlim Platformasının direktoru Rauf Hacıyev arasında görüş keçirilib. Görüşdə hər iki qurumun rəhbərliyi ilə yanaşı, nümayəndələri də iştirak ediblər. Professor Gülçöhrə Məmmədova AzMİU-da İKT və informasiya texnologiyaları sahəsində aparılan işlərdən bəhs edərək qeyd edib ki, universitetin informasiya texnologiyaları infrastrukturu daim gücləndirilir.

“AzMİU-da Mexanika və İnformasiya Texnologiyaları (MİT) fakültəsində müasir ixtisaslar üzərində tədris prosesi qurulub. Biz rəqəmsal transformasiyanın təhsilə təsirini yaxından izləyir, elektron universitet və elektron tədris sahəsində önəmli nailiyyətlər qazanırıq. Bu istiqamətdə universitetin ixtisaslı kadr potensialının daha da gücləndirilməsi üçün innovativ tədbirlər həyata keçirilir və aparıcı müəssisələrlə əməkdaşlığa önəm veririk”.

“İnnab” Peşəkar Təlim Platformasının direktoru Rauf Hacıyev qurumun fəaliyyət istiqamətlərindən bəhs edərək bildirib ki, memoranduma əsasən tələbələrə və akademik heyətə peşəkar iş imkanlarını artırmaq məqsədilə innovativ təlim proqramları təklif ediləcək. “Təqdimat bacarıqları, yumşaq bacarıqlar (soft skills), liderlik və innovasiya kimi praktiki biliklər üzrə təlimlər universitet tələbələrinin əmək bazarına hazırlığını gücləndirəcək.”

Chosen
36
5
azedu.az

6Sources