EN

Yanğından əziyyət çəkən Los-Anceles daşqınlara məruz qaldı

Los-Ancelesdə güclü yağışlardan sonra daşqın və torpaq sürüşmələri başlayıb. Manset.az-ın məlumatına görə, meteoroloqlar palçıq, daş və su axınlarının həyatları təhlükə altına sala, yollara, evlərə və drenaj sistemlərinə zərər verə biləcəyi barədə xəbərdarlıq ediblər. Malibu, San Fernando Vadisi, Los-Anceles şəhərinin mərkəzi və digərləri daxil olmaqla bir çox ərazilər risk altındadır. 

Bir gün əvvəl Los-Anceles meri Karen Bass öz Facebook səhifəsində yağışların cümə gününə qədər davam edəcəyini bildirib və sakinləri növbəti leysan, daşqın və güclü küləyə hazır olmağa çağırıb. Sakinlərə evdə qalmaq, ağaclardan uzaq durmaq və yollarda hərəkət etməmək tövsiyə olunur. Bundan əvvəl hakimiyyət bəzi ərazilərdə evakuasiya elan edib.

Chosen
7
manset.az

1Sources