EN

Azərbaycanın 3 cüdoçusu Bakıdakı "Böyük Dəbilqə"də medal görüşünə çıxacaq

Bakı, 14 fevral, AZƏRTAC

Azərbaycanın 3 cüdoçusu Bakıda keçirilən "Böyük Dəbilqə" turnirində bürünc medal görüşünə çıxacaq.

AZƏRTAC xəbər verir ki, Balabəy Ağayev, Əhməd Yusifov (hər ikisi 60 kiloqram) və Elşən Əsədov (66 kiloqram) üçüncü yer uğrunda mübarizə aparacaqlar.

B.Ağayev almaniyalı Heydər Maksimilian, Ə.Yusifov ukraynalı Dilşot Xalmatovu, E.Əsədov isə özbəkistanlı Azizbek Ortikovu sınağa çəkəcək.

Bu gün mübarizəyə qoşulan digər Azərbaycan cüdoçuları isə medal qazanmaq şanslarını itiriblər.

Qeyd edək ki, fevralın 16-dək davam edəcək “Böyük Dəbilqə”də Azərbaycan 12 çəki dərəcəsində 32 idmançı (23 kişi və 9 qadın) ilə təmsil olunur.

Chosen
10
azertag.az

1Sources