EN

Kreml Vaşinqtondan izahat gözləyir

AzVision.az Rusiyanın “RBK” nəşrinə istinadən bildirir ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə belə açıqlama verib.

“Amerika mətbuatındakı müsahibələrə gəlincə, bunlar mövqeyin yeni elementləridir, biz əvvəllər belə ifadələr eşitməmişik, onlar səsləndirilməyib. Ona görə də, sözsüz ki, məhz qeyd etdiyimiztəmaslar zamanı, təbii ki, biz bəzi əlavə dəqiqləşdirmələr alacağımızı gözləyirik””, - Kremlin sözçüsü vurğulayıb.

Vens: "Putin razılaşmasa, Moskvanı vura bilərik"
Xatırladaq ki, bundan əvvəl Cey Di Vens “The Wall Street Journal (WSJ)” nəşri ilə söhbətində ABŞ qoşunlarının Ukraynaya göndərilə biləcəyini istisna etməyib. Müxtəlif təzyiq imknalarının olduğunu deyən ABŞ-nin vitse-prezidenti bütün variantların “danışıqlar masasında” qaldığını və tərəflərin bağladığı razılaşmanın “çoxlarını şoka sala biləcəyini” iddia edib.

Onun sözlərinə görə, ABŞ prezidenti Donald Tramp danışıqlar zamanı müəyyən məsələlərlə bağlı fikrini dəyişə bilər. Lakin Vaşinqton Moskvanı cəbhədə deyil, danışıqlarda daha çox nailiyyət əldə edəcəyinə inandırmaq niyyətindədir.

Sahil İsgəndərov
AzVision.az
Chosen
25
azvision.az

1Sources