Naxçıvanda polis əməkdaşları tərəfindən növbəti tədbirlər zamanı 58 yaşlı Kəmaləddin Səfərli, 60 yaşlı İslam Nəcəfov, 35 yaşlı Türkanə Tahirova və 38 yaşlı Elnur Babayev saxlanılaraq istintaqa cəlb ediliblər.
News24.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Bildirilib ki, onlardan külli miqdarda h*roin, m*rixuana, p*ixotrop maddə m*tamfetamin və kultivasiya edilərək yetişdirilmiş ç*tənə kolları aşkar edilərək götürülüb. Saxlanılan şəxslər n*rkotikləri qeyri-qanuni yollarla ölkə ərazisinə gətirərək satışını təşkil etməyi planlaşdırıblar.
Faktlarla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
![](/uploads/posts/2025-02/3laqe1dggahohqb0mnxleveahtgihdb0svuuepgg_640.webp)