Rusiyanın Yekaterinburq şəhərində uşaq xəstəxanalarından birinin patoloji şöbəsinin 33 yaşlı müdiri 12 yaşlı qızı zorlamaqda şübhəli bilinərək saxlanılıb.
Lent.az yerli mediaya istinadla bildirir ki, bir neçə il əvvəl həkim Krişnaizmlə maraqlanıb və yerli Krişna Şüuru cəmiyyətində ruhani mentora çevrilib.
Parişlər onun yanına gəliblər və zərərçəkən qızın belə bir ailənin qızı olduğu ortaya çıxıb. Həkim qızla yazışmağa başlayıb və valideynlərindən gizli şəkildə onu şəhərdən çıxarıb “ritual toy” təşkil edib. Qız hər şeyin könüllü olduğunu, lakin yaşına görə zorlama işi açıldığını bildirib.
Məhkəmədə günahı sübuta yetirilərsə, həkimi 20 ilə qədər həbs gözləyir.