EN

Maraqlı xidmət: “Bir günlük sevgili...”

Rusiyada “Sevgililər Günü”nü tək keçirmək istəməyən qadınlar üçün maraqlı xidmət başlayıb. 

“Cebheinfo.az” xəbər verir ki, xidmət çərçivəsində qadınlar 14 fevral tarixində bir günlük sevgili kirayə edə bilər. 

Belə ki, xidmət göstərən şəxslər sosial mediada sevgilisi varmış kimi görünmək istəyən qadınları müşayiət edir, onlarla lüks restoranlara gedir və romantik fotolar çəkdirirlər.

Xidmətin qiyməti 500 rubldan başlayır və bütün digər xərclərin müştərinin üzərinə düşdüyü qeyd olunur. 

Bununla bağlı 14 fevraldan əvvəl bir çox internet saytlarında və sosial media platformalarında reklamlar yerləşdirilsə də, saytlar bu reklamları qadağan etməyə başlayıb. 

Qeyd edək ki, Rusiya-Ukrayna müharibə səbəbiylə kişilərin əhəmiyyətli bir hissəsi hazırda cəbhədədir. 

Chosen
23
cebheinfo.az

1Sources