EN

"İrəvan Bakı ilə gərginliyi artırmaqdan çəkinməlidir" - Xəqani Cəfərli

Ermənistan çıxış yolu tapa bilmir, buna görə də həm hökumət, həm də siyasi qruplar bir-birini ittiham edirlər."

Politoloq Xəqani Cəfərli bunu News365.az-a şərh edib.  

"Əlbəttə, bu, onların daxili işidir və kimi günahlandırmaq istədikləri öz seçimləridir. Lakin Ermənistan cəmiyyəti başa düşməlidir ki, ölkənin bu coğrafiyada mövcudluğu, inkişafı və dövlət kimi formalaşması Türkiyə və Azərbaycanla yaxşı münasibətlərdən asılıdır.

Bu münasibətlər isə yalnız ticarət əlaqələrinin qurulması nəticəsində mümkündür. Bunun üçün isə Zəngəzur dəhlizinin açılması vacibdir. Azərbaycanın bu məsələdə mövqeyi qətidir.  İrəvan Bakı ilə gərginliyi artırmaqdan çəkinməlidir."

Chosen
34
news365.az

1Sources