EN

ABŞ Rusiyanı hədələdi: Şərtlərimizi qəbul etməsələr, vuracağıq!

ABŞ prezidenti Donald Tramp və Rusiya lideri Putin arasında telefon danışığından sonra Rusiya-Ukrayna müharibəsinin nəticəsi yenidən dünya gündəmində ön plana çıxıb.

Turkustan.az xəbər verir ki, Tramp və Putinin telefonda 1,5 saatdan çox danışmasından və hər iki tərəfin müharibənin bitməsi ilə bağlı müsbət mesajlar verməsindən sonra ABŞ-ın vitse-prezidenti JD Vance açıqlama verib.

JD Vance bildirib ki, Rusiya prezidenti Vladimir Putin Kiyevin uzunmüddətli müstəqilliyinə zəmanət verən sülh sazişini qəbul etməsə, ABŞ Moskvaya sanksiyalar və potensial hərbi təzyiqlərlə zərbə vura bilər.

"Birləşmiş Ştatların Putinə qarşı iqtisadi və təbii ki ,hərbi rıçaqları var"-deyə, Vance "Wall Street Journal"-a deyib.

Aytən Yaşar/ Turkustan.az

Chosen
13
turkustan.az

1Sources