EN

Baxçalı xəstəxanadan evə buraxıldı

Türkiyənin Milliyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalının 10 gün xəstəxanada davam edən müalicəsi başa çatıb.

“Cebheinfo.az” xəbər verir ki, siyasətçi evə buraxılıb.

Bu barədə MHP açıqlama yayıb. Baxçalının tezliklə vəzifəsinin başında olacağı bildirilib:

“14 fevral 2025-ci il tarixində partiyamızın sədri xəstəxanada müalicə prosesi tamamlandı. O, bu gün evə buraxıldı və Ankaraya getdi. Dövlət Baxçalı qısa zaman ərzində vəzifəsinin başında olacaq”.

Qeyd edək ki, Dövlət Baxçalının ürək qapağı əməliyyatla dəyişdirilib.

Chosen
12
cebheinfo.az

1Sources