EN

Məktəbli uşaq dostunu tüfənglə öldürdü

İrkutsk vilayətində 12 yaşlı məktəbli dostuna atasının tüfəngini göstərərkən ehtiyatsızlıqdan onu öldürüb.

AzPost bildirir ki, fevralın 12-də səhər saatlarında Çunski kəndindən olan 12 yaşlı altıncı sinif şagirdi Saşa dostu Mişanın (adlar dəyişdirilib) yanına gəlib. Sonuncu atasının silahını ona göstərmək istəyib: uşağın atası Rusiyanın Çunski rayonu üzrə OMVD-də ictimai asayişin mühafizəsi üzrə polis rəisinin müavini işləyirdi. Uşaq silah seyfinin açarlarının harada olduğunu bilib. Şkafı açaraq Los 7-1 markalı karabin çıxarıb.

Oğlanlar silaha baxmağa başlayıb.

Bu zaman Mişa tətiyi çəkib. Tüfəngin lüləsi bu zaman Saşaya yönəlmişdi. Atəş açılıb və güllə məktəblinin boynuna dəyib. Güllə arteriyanı zədələyib.

Qorxuya düşən Mişa kömək üçün küçəyə qaçsa da, həkimlər onun dostunu xilas edə bilməyiblər. Saşa ölüb.

Mənbələrin məlumatına görə, Mişanın atasının şkafından daha iki karabin və bir tüfəng tapılıb. Müstəntiqlər araşdırma aparır.

Chosen
16
azpost.info

1Sources