EN

Tramp və Putin TELEFON DANIŞIĞINDA: Rusiya-Ukrayna müharibəsi dayanır? 

Amerika Birləşmiş Ştatları Prezidenti Donald Trump Rusiya Prezidenti Vladimir Putinlə telefonla danışıb.

 

Məlumatlara görə, telefon danışığı 1 saat yarım çəkib.

 

Telefon görüşünün mahiyyəti haqqında politoloq Turan Rzayev “Referans”-a açıqlamasında danışıb.

 



“Tramp və Putin telefon danışığının əsas məğzi Ukrayna münaqişəsi ilə bağlıdır. Danışıqların təfərrüatları Ukrayna ilə bağlı məsələnin müzakirə edildiyi, tərəfləri razılığa gəldiyi deyilir. Ümumiyyətlə, hansı razılıq olacağı olduqca maraqlıdır. İlkin versiyalarda Trampın Ukrayna ərazilərinin itkisi hesabına sülh müqaviləsinə gedilməsini təklif etdiyi deyilir. Bu, bir qədər ağılabatan deyil. Çünki həqiqətən Tramp bunu təklif etsəydi, bu, Amerikaya müsbət heç nə gətirməyəcəkdi. Ukraynanın indiki kimi əraziləri Rusiyaya ilhaq edilsə, bunun müqabilində də Ukrayna Avropa İttifaqı və NATO-ya üzv olsa, burada bütün hallarda qələbə qazanan tərəf yenə də Rusiya olacaq və Rusiya bunu propoqanda aləti kimi istifadə edəcək. Lakin problem budur ki, Tramp bundan sonra Çini də dayandıracaq. Çin bundan istifadə edib çox rahat şəkildə Tayvana müdaxilə edə bilər. Nəinki Çin, ümumiyyətlə, münaqişələr hamısı hərbi yolla həll edilmək istəyir. Demək ki, dünyada beynəlxalq hüquq heç nədir. Əvəzində hərbi güc variantı daha real nəticədir. Bu yanaşma beynəlxalq hüququ çökdürə bilər. Tramp yenidən beynəlxalq hüququ bərpa edəcək potensialda da bir insan deyil. Buna görə də Trampın bu variantı seçməsini ağıllı seçim hesab etmirəm. Ən azından daha ağılabatan bir variant seçəcəyini düşünürəm”.

 

Fidan Vəlisoy 

Chosen
7
referans.az

1Sources