EN

Zaxarova: “Ukraynada bioloji silahların...”

Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, ABŞ-nin Beynəlxalq İnkişaf Agentliyi (USAID) Ukraynada bioloji silahların hazırlanmasına cəlb olunub və artıq özləri də bunu etiraf edirlər.

"Cebheinfo.az" xəbər verir ki, Zaxarova 2022-ci ildə Cenevrədə Bioloji və Zəhərli Silahların Qadağan Edilməsi Konvensiyası ilə bağlı keçirilən konfransda ABŞ-nin bu mövzuda Rusiya tərəfindən verilən suallara heç bir konkret cavab vermədiyini xatırladıb.

Zaxarova ABŞ-nin son açıqlamasının USAID-in bioloji silahların hazırlanmasına maliyyə dəstəyi verdiyini təsdiqlədiyini bildirib.

Xatırladaq ki, ABŞ-nin Hökumətin Səmərəliliyinin Artırılması Departamentinin (DOGE) rəhbəri İlon Mask USAID-i COVID-19 patogenləri və digər bioloji silahların hazırlanmasına maliyyə ayırmaqda ittiham etmişdi.

Rusiya Federasiya Şurasının vitse-spikeri Konstantin Kosaçev isə ABŞ-nin dünyadakı kimyəvi laboratoriyaları maliyyələşdirdiyi və Pentaqonun bu işlərin əsas sifarişçisi olduğunu təsdiqlədiyini vurğulayıb.

Zaxarova bildirib ki, ABŞ-nin bu gün verdiyi açıqlama Rusiya tərəfinin Ukraynada ABŞ-nin bioloji silah fəaliyyətlərinə dair etdiyi ittihamların tamamilə doğru olduğunu sübuta yetirib.

Chosen
15
cebheinfo.az

1Sources