“Roma”nın baş məşqçisi Klaudio Ranyeri Avropa Liqasının 1/16 finalının “Portu” ilə səfər oyunundan sonra hakimliyi tənqid edib.
Arena.az məlumat verir ki, cütün ilk oyununda “əjdahalar” evdə “canavarlar”dan qələbəni “oğurlaya” biliblər – 1:1.
Klaudio Ranyeri matçdan sonra baş tutmuş mətbuat konfransında bunları söyləyib:
“Mən anlaya bilmirəm, necə mümkün olub ki, bütün dünyanın layiqli və tamamilə vicdanlı bir insan kimi tanıdığı cənab Rozetti, 22 oyununda qonaq komandaların ancaq doqquz heç-heçəyə nail ola bildiyi hakimi Portuya göndərib? Bütün digər oyunlar meydan sahiblərinin qələbələri ilə başa çatıb. Sən abırlı adamsan, ancaq sən bu haqda bilirsənmi? Ab-hava gərigindir, kütlə təpki göstərir, sən isə onu bu oyuna təyin edirsən? Mən bunun niyəsini başa düşmürəm. O, gəzib-dolaşır, vərəqələrlə birini təhdid edir, onları digərlərini paylayırdı. Mənim qənaətimcə, o, cərimə meydançasında nəyinsə baş verməsini güdürdü ki, qələbəni onlara (“Portu”ya – redaktorun qeydi) versin. Bu, açıq-aydın idi. Məhz buna görə uşaqlar qıcaqlanmışdılar, axı belə olmaz”, – “Football Italia” dərgisi fikrini qeyzlə səsləndirmiş italyan mütəxəssisdən sitat gətirir.
“Portu” – “Roma” oyununu alman baş hakim Tobias Ştiller başda olmaqla, Almaniyadan olan hakimlər briqadası idarə edib.
Xatırladaq ki, cavab oyunun çərçivəsində “Roma” “Portu”nu İtaliya paytaxtında fevralın 20-də “qonaq” edəcək.